Video çəkdi, "Tik Tok"da paylaşdı, özünü işə saldı - VİDEO

7 İyul 2023 23:45

Şəki Dövlət Yol Polisi əməkdaşları yol hərəkəti qaydalarını kobud şəkildə pozan, insanların həyat və sağlamlığına real təhlükə yaradan daha bir avtoxuliqanı saxlayıb.

Milli.Az bildirir ki, bu barədə Bizim.Media-nın yerli bürosuna Şəki Dövlət Yol Polisi Bölməsinin rəis əvəzi, polis baş leytenantı Tural Niftalıyev məlumat verib.

Belə ki, DYP əməkdaşları avtoxuliqanlıq hərəkətləri edən, özünün bu hərəkətlərini sosial şəbəkələrdə paylaşaraq təbliğ edən, Şəki rayonu Qoxmuq kənd sakini, Elbrus Bilalovu saxlayıb. Dərhal sənədləşdirilərək Şəki Rayon Məhkəməsinə göndərilən materiala baxılıb.

Məhkəmə tərəfindən həmin şəxsin sürücülük hüququnu 1 il müddətinə məhdudlaşdırmaqla, 15 gün müddətinə inzibati həbs olunması barədə qərar qəbul edib.

Milli.Az