Mərakeş kralı lap şitini çıxardı - VİDEO

10 May 2012 18:52
Milli.Az "Vatan"a istinadən bildirir ki, Mərakeş krallığında keçirilmiş son parlament seçkilərində Ədalət və İnkişaf Partiyasının qalib gəlməsi taxt-tacı xeyli laxladıb.

"Ərəb baharı"ndan qorxuya düşən kral da səlahiyyətlərinin bir qismini parlamentə  vermək məcburiyyətində qalıb.

Bundan cəsarətlənən mərakeşlilər indiyədək ünvanına bir kəlmə tənqid söyləyə bilmədikləri krallıq iqtidarına qarşı müxalifət təşkilatları yaratmağa başlayıblar. Ölkə iqtisadiyyatına nəzarət bütünlüklə kralın əlində olduğundan, müxalifət hələlik siyasi müstəvidədir.

Kralın oğlu, vəliəhd şahzadə, 9 yaşlı Həsənin əlinin öpülməsi isə xalqı sinirləndirib.
Paytaxt Rabatdakı Temara adlı zooparkın açılış mərasimində şahzadənin əlini Baş Qərargah rəisindən tutmuş, nazirlər və məmurlar öpüblər.

Onların hamısı 9 yaşlı uşağın qarşısında əyiliblər.
Sosial şəbəkələrdə geniş rezonans doğuran bu olayı ərəb ölkələrində də sərt tənqid olunub və nəticədə Mərakeşdə dövlətin nəzarətindəki media həmin görüntüləri yaymayıb.
Amma bu, krala dərs olmayıb.

Srağagün Mərakeş Velosiped İdmanı Federasiyasının şahzadə Həsənin şərəfinə keçirdiyi tədbirdə də dövlət mənsubları, nazirlər və məmurlar 9 yaşlı şahzadənin əlini öpüblər.
Ədalət və İnkişaf Partiyasının sədri Benikirane şahzadənin əlini öpməyib. Partiya üzvləri olan bəzi nazirlər də Benkiranenin əməlini təkrarlayıblar.

Ərəb ölkələrindəki media Mərakeş kralının oğluna belə sitayişə nail olmaq cəhdlərini "kral lap şitini çıxardı" sözləri ilə şərh ediblər.

Şahzadə Həsənin Rəbatdakı zooparkın təntənəli açılış mərasimindən Mərakeş dövlət televiziyasının reportajını təqdim edirik.

Milli.Az