Tviter “Threads” platformasına görə “Meta”nı məhkəməyə verə bilər

7 İyul 2023 09:07

Tviter "Threads" adlı yeni sosial şəbəkənin istifadəyə verilməsinə görə "Meta"nı məhkəməyə verə bilər.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Bildirilib ki, tviteri təmsil edən "Quinn Emanuel" şirkətinin hüquqşünası Aleks Spiro "Meta"nın rəhbəri Mark Zukerberqə məktub göndərib və orada korporasiyanı "Twitter"in əqli mülkiyyətindən istifadədə ittiham edib.

"Tviter öz əqli mülkiyyət hüquqlarını ciddi şəkildə tətbiq etmək niyyətindədir və "Meta"dan şirkətin kommersiya sirri olan hər hansı məlumatdan istifadəni dayandırmaq üçün dərhal addımlar atmasını tələb edir", - deyə Spiro bildirib.

Milli.Az