"Threads" istifadəçiləri öz profillərini yalnız "Instagram" hesabı ilə birlikdə silə biləcəklər

7 İyul 2023 08:54

"Twitter"ə rəqib kimi yaradılan "Threads" sosial şəbəkəsinin istifadəçiləri öz profillərini yalnız "Instagram" hesabı ilə birlikdə silə biləcəklər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə sosial şəbəkənin sahibi "Meta" korporasiyası məlumat yayıb.

Məlumata əsaəsn, istifadəçilərin istənilən vaxt "Threads" profilini deaktiv etmək imkanı var, lakin onu tamamilə silmək üçün "İnstagram" hesablarını silməlidirlər.

Milli.Az