Elçin Sadıqovun vəkillik fəaliyyəti dayandırıldı

7 İyul 2023 07:40

Xəbər verdiyimiz kimi, Vəkillər Kollegiyası bu gün 4 vəkilin fəaliyyətini dayandırıb, 1 vəkilə isə töhmət verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, vəkillik fəaliyyəti dayandırılan şəxslərdən biri tanınmış vəkil Elçin Sadıqovdur.

Xatırladaq ki, Elçin Sadıqov dələduzluqda ittiham edilərək həbs edilmiş, daha sonra isə ev dustaqlığına buraxılmışdı.

Milli.Az