Amerika gözəlinin «Hizbullah»la nə əlaqəsi? – FOTO
17 May 2010 16:18
2010-cu ilin Amerika gözəlinin seçildiyini xəbər vermişdik. Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Amerika gözəli seçilmiş 24 yaşlı ərəb əsilli Rima Fakih Livanın "Hizbullah" qruplaşması ilə əlaqədə ittiham olunur. Bu ittihamla amerikalı bloqer Debbi Şlyussel çıxış edib. Qeyd edək ki, Fakih Livan əsillidi və ABŞ-a lap uşaqlıqda valideynlərilə birlikdə köçüb.
"Onun ailəsi Cənubi Livanda yaşayıb. Rima "Hizbullah"ın dayağı sayılan Srifa şəhərində doğulub. Bizdə olan məlumatlara görə, bu qızın ən azı 3 yaxın qohumu "Hizbullah"da yüksək postlar tutur. 2006-cı ildə İsraillə müharibə zamanı isə Rimanın ən azı 8 yaxın qohumu öldürülüb", - deyə amerikalı bloqqer bildirir.
Məsələyə rəsmi münasibət hələ ki bildirilməyib.
Milli.Az

--------------------------------------------------------------------------------
