Rusiyanın paytaxtı Moskvada administrativ binada baş verən yanğın nəticəsində 2 nəfər həlak olub.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Yamskoqo Polya küçəsində yerləşən dördmərtəbəli binadakı yanğın ikinci mərtəbədən başlayıb.
Xilasetmə qüvvələri 7 nəfəri xilas edib, 2 nəfər isə yanğında həyatını itirib.
Milli.Az