Zaur Baxşəliyev Xəzər televiziyasına keçdi?

6 İyul 2023 16:06

Azad Azərbaycan televiziyasının (ATV) məşhur aparıcısı Zaur Baxşəliyev Xəzər televiziyasına gedib.

Milli.Az bildirir ki, manset.az-ın əldə etdiyi məlumata görə, o, televiziyanın rəhbəri, tanınmış şoumen Murad Dadaşovla, eyni zamanda vaxtilə ATV-də birlikdə çalışdığı keçmiş iş yoldaşları ilə görüşüb. Fotolar çəkdirib. 

Zaur Baxşəliyevin qəfil Xəzər televiziyasına getməsi ağıllarda sual yaradıb. Onun yeni mövsümdən  adıçəkilən televiziyada fəaliyyət göstərəcəyi güman edilir.

Milli.Az