Rusiya Lvovu raketlə vurdu: Ölənlər var

6 İyul 2023 10:31

Rusiya ordusu Ukraynanın Lvov vilayətinə raket zərbələri endirib

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Səhər saat 07:00-a olan məlumata görə, hücum zamanı 4 nəfər ölüb, 9 nəfər yaralanıb. Fövqəladə Hallar Dövlət Xidməti 7 nəfəri xilas edib, 64 nəfər isə təxliyə edilib", - məlumatda bildirilib.

Milli.Az