Ermənistanda 16 məktəbdə Türk və Azərbaycan dilləri tədris olunur

6 İyul 2023 10:20

2022-2023-cü tədris ilində Ermənistanın 12 məktəbində Türk dili, 4 məktəbdə isə Azərbaycan dili tədris olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistanın Təhsil Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, Azərbaycan və türk dilləri 10-12-ci siniflərdə təhsil alan erməni şagirdlərinə tədris olunur.

Milli.Az