Aysel Əlizadənin qızmar Kipr TƏTİLİ - FOTO

6 İyul 2023 10:09

Müğənni Aysel Əlizadə şou-biznesin səs-küyündən uzaqlaşaraq Kiprə tətilə yollanıb. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, yayın qızmar günlərini istirahət edərək çıxaran sənətçi sarı "tulum"da yaşıllıqla əhatə olan məkanda obyektiv qarşısına keçib. 

Bir neçə gün əvvəl 33 yaşına qədəm qoyan Aysel cazibədar pozları ilə diqqət çəkib. 

Əlizadə çəkilən fotolarını amerikalı şair Robert Frosta məxsus "Həyat haqqında öyrəndiyim hər şeyi üç sözlə ifadə edə bilərəm: həyat davam edir" sözləri ilə sosial şəbəkə hesabında paylaşıb. 

Qeyd edək ki, Aysel Əlizadə bir neçə həftə əvvəl geyim və aksesuarlardan ibarət butikini açaraq, adını şou-biznesin iş xanımı siyahısına yazıb. 

Milli.Az