Tanınmış azərbaycanlı teleaparıcı reanimasiyaya düşdü

6 İyul 2023 09:06

Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı Nətavan Babayeva reanimasiyaya yerləşdirilib.

Milli.Az gununsesi.info-ya istinadla xəbər verir ki, bir neçə ildir ki, onkoloji xəstəlikdən müalicə alan tanınmış jurnalist müalicə üçün Türkiyəyə gedərkən Bakı Hava Limanında halı pisləşib.

Ailəsi onu paytaxtın Bonadea hospitalına yerləşdirib.

Milli.Az