Qax sakinini ilan sancdı

6 İyul 2023 00:14

Qaxda təsərrüfat işləri aparan qadını ilan sancıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Lələli kəndində baş verib.

Kənd sakini, 34 yaşlı Günel Əmiraslan qızı Ərəbova yaşadı evin həyatyanı sahəsində təsərrüfat işləri aparan zaman ərazidə olan ilan onun sol əlini sancıb. G.Ərəbova Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdirlib, ona lazımi tibbi yardımlar göstərilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Milli.Az