"Lexus" 1 nəfəri öldürdü, 2-sini isə xəstəxanalıq etdi

17 May 2010 14:55
Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Bum qəsəbə sakini İlqar Rəsulovun idarə etdiyi "VAZ-2103" markalı və Bakı şəhər sakini, Rza Rəsul-əsilin idarə etdiyi "Lexus" markalı avtomobillər toqquşub.

Nəticədə xəsarət alan İlqar Rəsulov, sərnişinlər Vəliyəddin Həsənov və Məzahir Səmədov xəstəxanaya yerləşdiriliblər. Lakin həkimlərin səyinə baxmayaraq, V.Həsənov xəstəxanada həyatını itirib.

Digər iki yaralı - İlqar Rəsulov və Məzahir Səmədovun vəziyyətləri isə orta-ağırdır.

Qəzanın səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az