10 illik həyat yoldaşı Fatoş Yellilərdən ayrılan müğənni Berdan Mardini axtardığı sevgini ingilis dili müəllimi Dilara Talayda tapıb.
Milli.Az olay-a istinadən bildriir ki, sosial media hesabında sevgilisi ilə fotolarını paylaşan Mardini "Hər şey gözəldir, Allah ürəyimizə görə verir" sözlərini yazıb.
Mardininin paylaşımına müğənni Ceylan "Maşallah, çox yaraşırsınız" - deyə müsbət rəy bildirib. Buna baxmayaraq istifadəçilər Dilaranın yaşına diqqət çəkərək "Bu qız çox gənc deyilmi?" şərhini yazıblar.
44 yaşlı Berdan Mardini sevgilisi haqda deyilənlərə səssiz qalıb.
Milli.Az