İkinci Dünya müharibəsi zamanı batırılmış gəminin görüntüləri - FOTO

6 İyul 2023 01:01

Aralıq dənizinin Türkiyə sektorunda İkinci Dünya müharibəsi zamanı İngiltərənin döyüş təyyarələri tərəfindən batırılan Fransa donanmasına məxsus hərbi gəminin görüntüləri yayılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, video Fransaya məxsus gəmi haqqında sənədli filmin çəkilişləri zamanı qeydə alınıb.

Qeyd olunur ki, gəminin hissələri Aralıq dənizinin 30 metr dərinliyində aşkar edilib.

Dalğıclar hərbi gəminin göyərtəsində hələ də çoxlu sayda silah-sursatın olduğunu bildiriblər.

Milli.Az