Ukrayna ordusu rusların anbarını məhv etdi

5 İyul 2023 08:47

Ukrayna Müdafiə Qüvvələri Makeyevkada Rusiya ordusuna məxsus anbarı məhv edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi məlumat yayıb.

"Bu gün saat 21:40 (yerli vaxtla - red.) radələrində Müdafiə Qüvvələrinin bölmələrinin effektiv atəşi nəticəsində müvəqqəti işğal altında olan Makeyevkada rusiyalı terrorçuların daha bir anbarı fəaliyyətini dayandırıb", - məlumatda deyilir.

Milli.Az