"Makrona xəbərdarlıq etdim ki, Rusiya təxribat hazırlayır"

5 İyul 2023 08:06

Ukrayna Prezidenti Vladimir Zelenski ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Zelenski özü məlumat verib.

Zelenski Makronla telefon danışığında Vilnüs sammitindən gözləntilərindən, Rusiya ilə müharibədəki vəziyyətdən danışdığını bildirib.

"Makrona xəbərdarlıq etdim ki, işğalçı qoşunlar Zaporoje AES-də təxribatlar hazırlayır. Biz MAQATE ilə birgə vəziyyəti nəzarət altında saxlamaq barədə razılaşdıq".

Milli.Az