Ukrayna bunu etməsə, heç bir hərbi yardım olmayacaq

5 İyul 2023 07:27

OTP bankı beynəlxalq müharibə sponsorları siyahısından çıxarılana qədər Avropa Birliyi daxilində Ukraynaya hərbi yardım üçün heç bir maliyyə dəstəyi verməyəcəyik.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.

"Əgər ukraynalılar Macarıstanın ən böyük bankı OTP-nin beynəlxalq müharibə sponsorları siyahısında yer aldığı mənasız, aldadıcı müddəaya son qoysalar, biz fikrimizi dəyişməyə hazırıq", - Siyarto qeyd edib.

Milli.Az