Priqojinə 10 milyard rubl və qiymətli əşyalar geri qaytarıldı

5 İyul 2023 07:20

"Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə ofisində tapılan 10 milyard rubl və qiymətli əşyalar geri qaytarılıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə news.ru məlumat yayıb.

Bildirilib ki, iyunun 24-də Sankt-Peterburqda müstəntiqlər tərəfindən onun ofisində axtarış aparılıb, pul və qiymətli əşyalar aşkar olunub.

Əvvəlcə müstəntiqlər pul və əşyaları Priqojinə qaytarmaq fikrində olmayıblar.

Lakin sonradan hansısa səbəblərdən qərarlarını dəyişiblər.

Milli.Az