İyun ayında Türkiyə 300 milyon dollardan çox müdafiə sənayesi məhsulları ixrac edib

4 İyul 2023 19:44

Cari ilin iyun ayında Türkiyə 334,4 milyon dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 16,5 faiz çoxdur.

Milli.Az TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"Bu ilin yanvar-iyun aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 faiz artaraq 2,4 milyard dollara bərabər olub." - deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 4,8 milyard dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib.

Milli.Az