Azərbaycanın gənc cüdoçuları Sloveniyadakı təlim-məşq toplanışına qatılıblar

4 İyul 2023 15:00

Azərbaycanın cüdo üzrə gənc qızlardan ibarət millisinin üzvləri Sloveniyanın Sloven Qradeç şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.

Milli.Az-ın məlumatına görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan hazırlıq prosesinə yığmanın 7 üzvü qatılıb.

Cüdoçulara gənc qızlardan ibarət komandanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edir.

Təlim-məşq toplanışı sentyabr və oktyabrda gerçəkləşəcək Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

Milli.Az