Bu türk ölkəsində sənədlərdə ata adı əvəzinə ana adı göstəriləcək

4 İyul 2023 17:42

Qırğızıstanda 18 yaşı tamam olan ölkə vətəndaşlarına sənədlərində atasının adının əvəzinə ana adını göstərməyə icazə verilib.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu barədə Qırğızıstanın Konstitusiya Məhkəməsi qərar çıxarıb.

"Bu qərar heç bir halda adlarla bağlı cəmiyyətimizin ənənəvi və tarixi əsaslarını pozmur", - məhkəmənin qərarında deyilir.

Milli.Az