Moskva tələb etmir, Ordumuz özü hərəkətə keçəcək

4 İyul 2023 12:02

Vaşinqton görüşündə əsas müzakirə mövzusu və fikir ayrılıqlarından biri erməni qoşunların Qarabağdan çıxarılması olub. Bu məsələnin Vaşinqton masasına daşınması əhəmiyyətli məqamdır.

Bu sözləri Milli.Az-a siyasi müşahidəçi Asif Nərimanlı deyib.

"Erməni qoşunların çıxarılması Rusiyanın vasitəçilik etdiyi və əsas kimi irəli sürdüyü 10 noyabr razılaşmasının 4-cü bəndində əksini tapıb, lakin Moskva indiyə qədər bu bəndin icrasını tələb etmir. Qoşunların çıxarılması müzakirəsinə Vaşinqtonun vasitəçilik etməsi üçtərəfli bəyanatın legitimliyini sual altına salır və bu, rusları razılaşmanı icra etməyə sövq edə biləcək amildir. Əks təqdirdə Azərbaycan 4-cü bəndi özü icra edəcək və belə görünür ki, hərəkətə keçməmişdən öncə beynəlxalq legitimliyi gücləndirir", - o vurğulayıb.

Milli.Az