Bakıda maşın qadın meyitinin üzərindən keçdi

4 İyul 2023 09:51

Bakıda avtomobil naməlum maşın tərəfindən vurulmuş qadın meyitinin üzərindən keçib.

Milli.Az xəbər verir ki, hadisə Xocəsən-Meyvəli yolunda baş verib.

Paşa Atamalı oğlu Əsgərovun idarə etdiyi "Daevoo Gentra" markalı avtomobil asfaltın üzərində naməlum avtomobil tərəfindən vurulmuş qadın meyitinin üzərindən keçib.

Faktla bağlı cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Milli.Az