ABŞ-da atışma: 4 nəfər öldü, yaralılar var

4 İyul 2023 07:35

ABŞ-ın Pensilvaniya ştatında, Filadelfiya şəhərinin cənub-qərbində baş verən atışma nəticəsində azı 4 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə polisə istinadən "ABC News" telekanalının yerli bölməsi məlumat yayıb.

Qeyd olunur ki, hadisə zamanı yetkinik yaşına çatmayanlar da daxil olmaqla ümumilikdə 8 nəfər güllə yarası alıb.

Polis cinayətdə şübhəli bilinən şəxsi saxlayıb.

Hadisənin səbəbləri və zərərçəkənlərin vəziyyəti barədə məlumat yoxdur.

Milli.Az