"Biz hələ də Rusiya və Ukrayna ilə eyni anda danışan, dialoq kanalları fəaliyyət göstərən və həll təklifləri hazırlayan yeganə ölkəyik".
Milli.Az report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyə tarazlığı, ədalətliliyi, inamlı mövqeyi ilə böhranların həllində həlledici rol oynayır:
"İstanbul prosesi dəyərləndirilə bilsəydi, indiyə qədər yaşanan dağıntılar, göz yaşları yaşanmazdı. Taxıl müqaviləsi və əsir mübadiləsi ilə davam edən diplomatik səylər, təəssüf ki, müharibə lobbisi tərəfindən bloklandı və köhnəldi. Hərbi və mülki olmaqla on minlərlə insan bunun əvəzini ödədi. Əslində, biz Türkiyə olaraq bir müddət bu savaş lobbisinin hədəfi olmuşuq. Müxalifət namizədinin əsassız ittihamları da bu ssenarinin tərkib hissəsidir. Türkiyə demokratiyasına xələl gətirən iddialarla bağlı bir dənə də olsun konkret sübut təqdim edilməyib. Seçki ab-havasında belə bir təxribatın niyə törədildiyi ilə bağlı ictimaiyyəti qane edəcək heç bir açıqlama verilmədi. Son 1,5 ildə bu kimi saysız-hesabsız misallarla, təxribatlarla, Türkiyəni çətin vəziyyətə salmağa yönəlmiş qəddar cəhdlərlə qarşılaşmışıq. Müharibəyə odun daşımaq əvəzinə, sülhün bərqərar olması üçün səy göstərdik".
Milli.Az