İslamofobiyadan ən çox əziyyət çəkən türklərdir - Ərdoğan

3 İyul 2023 20:44

Bugün dünyada islamofobiyadan ən çox əziyyət çəkən türklərdir.

Milli.Az TurkicWorld-a istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökumətin iclasından sonra deyib.

"Qurana qarşı edilən hücumlar İslam və müsəlmanlara qarşı təzahür edən nifrətin yeni formasıdır. Bununla yanaşı məscidlərə edilən hücumlar da müsəlmanları hədəf almışdır" - deyə Ərdoğan qeyd edib.

O bildirib ki, keçən həftə yüzlərlə qaçqının həyatını itirdiyi fəlakət titanik gəmisini görməyə gedən beş zəngin qədər gündəmdə olmayıb.

"İslamofobiyadan ən çox əziyyət çəkən türklərdir" - deyə Türkiyə prezidenti bildirib.

Xatırladaq ki, iyunun 28-də İsveçdə Qurban bayramının ilk günü polis əməkdaşlarının qoruması altında Quranın yandırıldığı təxribat xarakterli aksiya həyata keçirilib.

Milli.Az