“BakuBus” Müşahidə Şurasının tərkibində dəyişiklik edildi

3 İyul 2023 14:18

"BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibində "Elnur Əliyev - Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini" əvəzinə "Rəhman Hümmətov - Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini" əlavə olunub.

Milli.Az