Yayda bu qidalara diqqət edin

4 İyul 2023 02:02

Yaz-yay mövsümündə mədə-bağırsaq sistemində çətinlik yaradan qidalar açıqlanıb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Nahid Məhərrəmov danışıb. 

Onun sözlərinə görə, konservləşdirilmiş məhsullardan çox istifadə ilin bütün fəsillərində mədə bağırsaq sistemində problem yarada bilər:

"Yaz-yay aylarında bu məhsulları mümkün qədər az istifadə etmək lazımdır. Duzlu və hisə verilmiş balıq məhsulları, xəmir yeməkləri və çox yağlı qidalardan da az istifadə olunması tövsiyə olunur".

Milli.Az