Rusiya ordusunun Kramatorsku bombalaması nəticəsində ağır yaralanan ukraynalı yazıçı Viktoriya Amelina həyatını itirib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, yazıçı hələ iyunun 27-də ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi.
Həmin gün yazıçı kolumbiyalı jurnalist və yazıçılardan ibarət nümayəndə heyəti ilə "Ria Lounge" restoranında nahar edib.
Restorana düşən raket nəticəsində qadın ağır yaralanıb.
Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Milli.Az