Azərbaycanlı gimnast Portuqaliyada Dünya Kubokunda qızıl medal qazanıb

3 İyul 2023 11:18

Azərbaycanın tamblinq (akrobatik cığırda tullanma) üzrə yığmasının üzvü Mixail Malkin Portuqaliyanın Santarem şəhərində keçirilən Dünya Kubokunda birinci yer tutub.

Bu barədə Milli.Az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Batut, ikili mini-batut və akrobatik cığır üzərində tullanmalar (tamblinq) üzrə dünya kuboku 1-2 iyul tarixlərində keçirilib.

Mixail Malkin 30.900 bal nəticə göstərərək qızıl medal qazanıb.

Milli.Az