Həştərxanda kütləvi nikah mərasimi keçiriləcək

3 İyul 2023 23:12

Həştərxanda kütləvi nikah mərasimi baş tutacaq

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə yerli qeydiyyat idarəsinin rəhbəri məlumat verib.

Onun sözlərinə görə, tədbir iyulun 8-də müqəddəs Pyotr və Fevronianın xatirəsi günündə təşkil ediləcək. Bir neçə cüt eyni vaxtda qanuni nikah bağlayacaq.

Nikah şəhadətnamələrinin qeydiyyatı Volqa sahilində olacaq. Mərasim "Hər şey sevgidən başlayır" adlanacaq.

Milli.Az