"Ukraynanın Rusiyaya zərbə endirməsini istəmirik"

3 İyul 2023 08:12

Berlin Ukraynanın Rusiyaya zərbə endirmək üçün Qərbin verdiyi uzaqmənzilli silahlardan istifadə etməsini istəmir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

"Biz aldığımız bütün müraciətləri diqqətlə yoxlayırıq. Amma bizim üçün Amerika Prezidenti ilə bölüşdüyüm bir prinsip var - biz təchiz etdiyimiz silahların Rusiya ərazilərinə daxil olmaq üçün istifadə olunmasını istəmirik", - o bildirib.

Milli.Az