Türkiyənin Bitlis vilayətində küçəyə çıxma qadağası elan olunub

3 İyul 2023 07:47

Türkiyənin Bitlis vilayətinin on kəndi və ətraf bölgələrində ikinci əmrə qədər küçəyə çıxma qadağası elan olunub.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Bitlis valiliyi açıqlama verib.

"Kənd və ətraf bölgələrdə anti-terror əməliyyatlarının keçirilməsi səbəbi ilə ikinci əmrə qədər küçəyə çıxmaq qadağası elan olunur", - deyə açıqlamada qeyd olunub.

Milli.Az