Türkiyə İsveçin NATO-ya müraciətini müzakirə etməyi planlaşdırır

2 İyul 2023 22:46

Türkiyənin Nazirlər Kabineti İsveçin Türkiyənin NATO-ya üzvlük tələblərinə uyğunluğunu müzakirə etməyi planlaşdırır.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hökümət 3 iyulda görüş keçirəcək.

Məlumat üçün qeyd edək ki, Türkiyə İsveçdən antiterror qanunvericiliyinin praktiki olaraq sərtləşdirilməsini və Türkiyədə terrorçu kimi tanınan şəxslərin ekstradisiyasını tələb edir.

Xatırladaq ki, İsveçin NATO-ya üzv olmaq istəyi hələ də Türkiyənin razılığını almayıb və bu yaxınlarda Stokholmda Quranın yandırılması hadisəsi təkcə Türkiyədən deyil, müsəlman ölkələrindən də kəskin tənqidlərə səbəb olub.

Milli.Az