Haaqadakı Belarus səfirliyinə hücum edildi

2 İyul 2023 20:49

Belarusun Niderlanddakı səfirliyinin binası üzərində ölkə prezidenti Aleksandr Lukaşenkoya həsr olunmuş yazılar peyda olub.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 2-nə keçən gecə diplomatik təmsilçiliyə hücum baş verib.

Məlumata görə, Haaqadakı səfirliyin binasında latın və kiril əlifbası ilə yazılar həkk olunub.

Həmçinin, binanın üç pəncərəsi sındırılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları məsələ ilə bağlı araşdırmalara başlayıblar.

Səfirliyə hücumda şübhəli bilinən 31 yaşlı kişi saxlanılıb.

Milli.Az