Gəmi batdı, 51 miqrant öldü

2 İyul 2023 14:34

Ötən gecə göyərtəsində miqrantların olduğu gəmi Kanar adaları yaxınlığında batıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Tan-Tan şəhərindən Kanar adalarına istiqamət götürən gəminin batması nəticəsində 3-ü uşaq, 11-i qadın olmaqla, 51 miqrant ölüb.

Gəmidə olan 4 nəfər sağ qalıb, onlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, İspaniya Daxili İşlər Nazirliyi bu ilin yanvar-may aylarında Kanar adalarına 4,4 min qeyri-leqal miqrantın gəldiyini açıqlayıb.

Milli.Az