Putin olsaydı, SSRİ dağılmazdı - Volodin

2 İyul 2023 14:22

Vladimir Putin olsaydı, SSRİ dağılmazdı.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

"1917 və 1991-ci illərdə dövlətin başında Rusiya prezidenti Vladimir Putin kimi adamlar olsaydı, SSRİ-nin dağılması və inqilab baş verməzdi", - Volodin bildirib.

Milli.Az