Rusiya səfirliyinin 40 əməkdaşı Rumıniyanı tərk edib

2 İyul 2023 11:10

Rusiya səfirliyinin 40 əməkdaşı Rumıniya Xarici İşlər Nazirliyinin verdiyi göstərişdən sonra Kremlin təşkil etdiyi xüsusi reyslə Buxaresti tərk edib.

Milli.Az report-a istinadən xəbər verir ki, Rumıniya hakimiyyətinin məlumatına görə, təyyarənin göyərtəsində 11 diplomat və Rusiya səfirliyinin 29 texniki və inzibati əməkdaşı olub.

Qeyd edək ki, iyunun 8-də Rusiyanın Buxarestdəki səfiri diplomatik korpusun ştatını 40 nəfər ixtisar etmək qərarı ilə bağlı xəbərdar edilib.

Milli.Az