Ən yaxşı futbolçuların reytinqi açıqlanıb

2 İyul 2023 10:34

İspaniyanın "Marca" nəşri 2022/23-cü il mövsümünün ən yaxşı futbolçularının reytinqini təqdim edib.

Milli.Az APA-ya istinadən bildirir ki, ilk yerdə "Mançestr-Siti"-nin hücumçusu Erlinq Holand qərarlaşıb.

Erlinq Holand ötən mövsüm 52 oyunda 52 qol vurub, 9 məhsuldar ötürmə edib.

İkinci yerdə "İnter Mayami"-nin hücumçusu Lionel Messi, üçüncü yerdə Madridin Real klubunun braziliyalı hücumçusu Vinqer Vinisius yer alıb.

İlk beşlikdə PSJ-nin hücumçusu Kilian Mbappe və "Mançestr-Siti"-nin belçikalı oyunçusu Kevin de Brüyne var.

Milli.Az