İranda polisə hücum, ölən və yaralananlar var

1 İyul 2023 22:30

İranın Kirman vilayətinin Baft şəhərində naməlum şəxslər polis əməkdaşlarına atəş açıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə IRNA məlumat yayıb.

Bildirilib ki, axşam saatlarında Baft şəhərində naməlum şəxslərin atəş açması nəticəsində bir polis zabiti öldürülüb, ikisi yaralanıb.

Yaralılar Baft xəstəxanasına yerləşdirilib.

Milli.Az