“Twitter”in işində problem yarandı

1 İyul 2023 22:32

İyulun 1-də bütün dünyada istifadəçilər "Twitter"də problemdən şikayətləniblər.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu "Downdetector" saytındakı məlumatlar sübut edir.

İstifadəçilər xəbər lentinə və fərdi tvitlərə baxa bilmədiklərindən şikayətlənirlər.

Milli.Az