Britaniya səfiri İsmayıllıda tufana düşdü - FOTO

1 İyul 2023 20:45

İsmayıllıda tufana düşən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld geyim və qida ilə təmin olunub

Milli.Az xəbər verir ki, səfir bu barədə Tvitter hesabında yazaraq buradakı qonaqpərvərliyə heyran qalıb.

"İsmayıllıya ilk gəlişimi xüsusi edən insanlar: - bələdçimiz Elvin, Lahıc orta məktəbinin direktoru Dadaş müəllim, Şamaxı Rəsədxanasını bizə göstərən astrofizik Vafiq və onun tufandan sonra bizi qida və geyimlə təmin edən ailəsi. Qonaqpərvər azərbaycanlılar", - səfir qeyd edib.

Milli.Az