Makron Almaniyaya dövlət səfərini təxirə saldı

1 İyul 2023 20:22

Fransa Prezidenti Emmanuel Makron Almaniyaya iyulun 2-4-nə planlaşdırılan dövlət səfərini ölkəsindəki etirazlara görə təxirə salıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Almaniya dövlətinin başçısı Frank-Valter Staynmayerin ofisi məlumat verib.

"Emmanuel Makron bu gün Prezident F.V.Staynmayerə zəng edib və ona ölkədəki vəziyyətlə bağlı məlumat verib. Prezident Makron Almaniyaya planlaşdırılan dövlət səfərinin vaxtının dəyişdirilməsini xahiş edib", - məlumatda deyilib.

Qeyd edək ki, bu, Fransa Prezidentinin son 23 ildə Almaniyaya ilk dövlət səfəri olacaqdı.

Milli.Az