O da "xarici agent" elan edildi

1 İyul 2023 23:48

Rusiyanın Ədliyyə Nazirliyi xarici agentlərin yeni siyahısını dərc edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, nazirlik bu dəfə siyahıya "Akvarium" rok qrupunu rəhbəri Boris Qrebenşikovu da əlavə edilib.

Qeyd edək ki, Borisin xarici agentlər siyahısına əlavə edəcəyi ilə bağlı söz-söhbətlər uzun müddətdir dolaşırdı. Musiqiçi xüsusi əməliyyat başlayandan sonra narazılığını bildirmiş və ölkəni tərk etmişdi. O, hazırda İsraildə yaşayır, vaxtaşırı yeni hitlər yazmaq üçün Londona səfər edir.


Milli.Az