Lukaşenko: "Nüvə silahı nə qədər ki, Belarus ərazisindədir o istifadə olunmayacaq"

1 İyul 2023 09:20

Nüvə silahı nə qədər ki, Belarus ərazisindədir o istifadə olunmayacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

"Zaman keçdikcə nüvə silahının etibarlı yerdə olduğuna əmin oluruq. O, Belarusda - təhlükəsiz yerdədir. Əminəm ki, bizdə olan müddətdə ondan heç vaxt istifadə etməyəcəyik və heç vaxt da düşmən ayağı torpağımıza dəyməyəcək", - Lukaşenko vurğulayıb.

Milli.Az