ABŞ Priqojinin yerini bilmir

30 İyun 2023 23:32

ABŞ-ın "Vaqner"in lideri Yevgeni Priqojin və onun muzdlularının harada olması barədə kifayət qədər məlumat yoxdur.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Bizim onun (Priqojinin - red.) yerini təsdiqləmək üçün kifayət qədər etibarlı məlumatımız yoxdur. Cənab Priqojinin və ya onun bütün döyüşçülərinin harada olması barədə dəqiq məlumatımız yoxdur", - Kirbi bildirib.

Milli.Az