Niyamdan Röya ilə küsməsi haqda suala reaksiya

30 İyun 2023 13:20

Müğənni Niyam Salami Xalq artisti Röya Ayxanla bağlı sualı cavabsız qoyub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "Günaydın, Azərbaycan" proqramında aparıcı Xoşqədəm Hidayətqızının suallarını cavablandırıb.

Niyam "Aygün Kazımova, yoxsa Röya" sualına "Aygün, dolça bürcü" cavabını verib. 
 

İfaçı "Röya küsdü, yoxsa sən" sözlərinə isə "Qadındılar, onunla ayaq-ayağa gəlmək olmaz. Niyə aləmi qatırsan? Gücüm çatan cavabı verdim" reaksiyasını verib. 

Milli.Az