DİQQƏT! Bu qidalar saçları ağardır

30 İyun 2023 16:16

Dietoloq Yelena Solomatina saçları vaxtından tez ağardan məhsulların adını açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, dietoloq bildirir ki, yanlış qidalanma saçın vəziyyətinə təsir göstərə bilər. 

Onun sözlərinə görə, saçda ağarma oksidləşdirici stressə səbəb olan və sərbəst radikalların səviyyəsini artıran qidalarla sürətlənir:

"Şirin, yağlı və qızardılmış qidaların həddindən çox istehlakı saçların ağarmasına səbəb olur. Bu cür məhsullar saç köklərinə mənfi təsir edir və melaninin onlara keçidini pozur".

Milli.Az